logo
ADPU Tələbə Gənclər Təşkilatına yeni sədr seçilib

ADPU Tələbə Gənclər Təşkilatına yeni sədr seçilib

ADPU Tələbə Gənclər Təşkilatına yeni sədr seçilib ADPU Tələbə Gənclər Təşkilatına yeni sədr seçilib

Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) X seçki konfransı keçirilib. Konfransda universitet rəhbərliyi, tələbə təşkilatlarının nümayəndələri və fəal tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev Tələbə Gənclər Təşkilatının universitetin ictimai həyatında mühüm rol oynadığını vurğulayıb. O, TGT-nin tələbələrin ictimai fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və liderlik bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətindən danışaraq, yeni seçilən komandanın bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcəyinə əminliyini ifadə edib.

Konfransın davamında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov çıxış edərək bildirib ki, TGT-lər tələbələrin həm şəxsi, həm də peşəkar inkişafının dəstəklənməsində mühüm platforma rolunu oynayır. O, ADPU TGT-nin indiyədək həyata keçirdiyi layihələri yüksək qiymətləndirib və yeni komandanın da bu fəaliyyətləri davam etdirərək tələbə gənclərin maraqlarının qorunmasına töhfə verəcəyini qeyd edib.

ATGTİ-nin mətbuat katibi Fidan Əzizova dekabrın 15-də keçirilmiş sədr seçkilərinin nəticələrini elan edərək, namizədlər arasında aparılmış səsvermənin yekununa əsasən Elmira Babayevanın səs çoxluğu ilə ADPU TGT-nin yeni sədri seçildiyini diqqətə çatdırıb.

Sonda yeni sədr və formalaşdırılmış komandaya gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Qeyd olunub ki, yeni rəhbərlik dövründə ADPU TGT tələbəyönümlü layihələrin icrasını genişləndirməyi, gənclərin yaradıcılıq və intellektual potensialının üzə çıxarılmasına yönəlmiş təşəbbüslərlə çıxış etməyi qarşıya məqsəd qoyur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin