https://innews.media/uploads/news/2025-12/_innews_7860782be9891f3abecbe27c9_o.jpg
Xalq artisti Röya Ayxan müğənni Elçin Cəfərovla növbəti uğurlu yaradıcılıq layihəsində bir araya gəlib. İki sevilən sənətçi “Can” adlı mahnının klip çəkilişi üçün kameralar qarşısına keçərək tamaşaçılara duyğusal və yadda qalan ekran işi vəd ediblər.
Mahnının söz və musiqisi Rafael Şabanova, peşəkar aranjimanı isə Elvin İmanova aiddir. Klipin rejissoru Ali Fərhad bu ekran işinə özünəməxsus estetik yanaşma qatıb.
Qeyd edək ki, Elçin Cəfərov və Röya Ayxanın birgə ərsəyə gətirdiyi, böyük maraq doğuran klipin görüntülərini təqdim edirik.