https://innews.media/uploads/news/2025-12/_innews_6dbd45fc0b43e9f99f72ee50f_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Həmkarlar İttifaqı Komitəsi (HİK) əməkdaşların əməyinə verilən dəyərin və sosial dəstək siyasətinin davamı olaraq, bir sıra əməkdaşları yubileyləri, səmərəli fəaliyyətləri və əmək fəaliyyətinin başa çatması münasibətilə mükafatlandırıb.
Filologiya fakültəsinin dekan müavini Gülər Süleymanova, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev, Xarici Dillər Mərkəzinin müəllimi Sarıgül Sadıxova, İnsan resursları şöbəsinin İşə davamiyyətə nəzarət bölməsinin nəzarətçisi Sevda Ağamirzəyeva, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mirvari Verdiyeva, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər namizədi Zakir Kərimov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Nəzakət Zamanova uzunmüddətli səmərəli fəaliyyətləri, kollektivin xüsusi hörmətini qazanmaları və yubileyləri münasibətilə gül dəstəsi və pul mükafatı ilə mükafatlandırılıblar.
Bununla yanaşı, İbtidai təhsilin pedaqogikası kafedrasının sabiq baş müəllimləri – Flora Qasımova və Təranə Tağıyeva təqaüdə yola salınmaları münasibətilə təltif ediliblər.