https://innews.media/uploads/news/2025-12/_innews_90d4af82008f16a5029bae2bc_o.jpg
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) gənc müəllimləri Südabə Ağayeva və Aytəkin Məmmədova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “fəlsəfə doktoru” elmi adına layiq görülüblər.
Belə ki, Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə ADAU-nun Qida mühəndisliyi və şərabçılıq kafedrasının doktorantı Ağayeva Südabə Qalib qızına 3309.01 - Qida məhsullarının texnologiyası ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru, Məmmədova Aytəkin Səbuhi qızına 3400.02 Əczaçılıq kimyası, farmakoqnoziya ixtisası Əczaçılıq elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcələri verilib.
Gənc əməkdaşlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!