logo
Аyxan Abbasov: «Biz bir neçə perspektivli gənc oyunçunu itirmişik» - VİDEO

Аyxan Abbasov: «Biz bir neçə perspektivli gənc oyunçunu itirmişik» - VİDEO

Аyxan Abbasov: «Biz bir neçə perspektivli gənc oyunçunu itirmişik» - VİDEO Аyxan Abbasov: «Biz bir neçə perspektivli gənc oyunçunu itirmişik» - VİDEO

«Bir az səbirli olmaq və səviyyəcə daha aşağı olan kluba keçmək lazımdır, daha çox oyun praktikası qazanmaq vacibdir. Aparıcı klubda ehtiyyatda oturan oyunçularımız ikinci, üçüncü və dördüncü yer üzrə mübarizə aparan klublara keçsələr, daha üğürlu ola bilər. Çünki futbolçular prioritet olaraq öz gələcəklərini, eləcə də milli komandanı düşünməlidirlər» - Azərbaycan millisinin və “Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov PODKAT layihəsində futbolumuzun problemləri haqqında öz fikirləri səsləndirib. Mütəxəssis nümunə kimi Rüfət Abbasovun hekayəsini göstərib. O, “Neftçi”dən “Şamaxı”ya keçərək digər variantlarla müqayisədə maaş baxımından müəyyən itkilərə getmiş olsa da, qazandığı təcrübə və stabil oyunu sayəsində milli komandaya dəvət alıb. Eyni zamanda onun transfer dəyəri də artıb. Rüfət Abbasov iki mövsüm ərzində “Şamaxı”nın heyətində meydana çıxaraq 50 oyun keçirib. Hazırda yerli futbolçular böyük klublarda legionerlərlə bərabər səviyyədə rəqabət apara bilmirlər ki, bu da onların gələcəyinə, eyni zamanda ölkə yığmasına çox mənfi təsir göstərir. Məhz səviyyəcə bir qədər aşağı olan yerli klublarda müntəzəm oyun praktikası qazanmaq futbolçuların karyerasında onlara kömək edə bilər.Layihə çərçivəsində Abbasov ölkədə futbolun problemləri, oyunçuların xaricdə oynamasının üstünlükləri və milli komandanın perspektivləri barədə də danışıb. Verilişin tam versiyasını linkə keçid edərək izləyə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin