https://innews.media/uploads/news/2025-12/_innews_2148f2943087b51d7cda0b758_o.jpg
13 dekabr tarixində, saat 17:00-da "AYDANİ" Qalereyasında xalça rəssamlarının kollektiv sərgisinin açılışı baş tutdu.
Sərgidə iştirak edən 30 sənətkarın əsərləri müxtəlif bədii yanaşmalarla xalça mövzusunu əks etdirirdi — rəngkarlıq işlərindən tutmuş, sonradan toxunmuş xalçalara çevrilən fərdi eskizlərə qədər.
İştirakçılar arasında Rəssamlıq Akademiyasının və Mədəniyyət Universitetinin məzunları, Rəssamlar İttifaqının üzvləri və peşəkar xalça ustaları yer alıb.
Açılışda "AYDANİ" Qalereyasının direktoru Aydan Məmmədova, qalereyanın kuratoru Sevil Kərimova, xüsusi qonaqlarımız Əməkdar rəssam, Naxçıvan rəssamar birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Əməkdar İncəsənət xadimi, xalçaşunas, alim Kübra Əliyeva, Sənətşunas, Milli İncəsənət muzeyinin şöbə müdiri Əsəd Quliyev rəssam Mazahir Rüstəmov, rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günel Ravilova və “İncə Naxış Art Gallery”nin nümayəndəsi Elvina Hüseynova təqdim olunan əsərlərin bədii səviyyəsini yüksək qiymətləndirmiş, müəllifləri kollektiv sərgi münasibətilə təbrik edərək onlara gələcək yaradıcılıqlarında uğurlar arzulamışlarçıxış ediblər.
Sərgi iki peşəkar fotoqraf tərəfindən çəkilib, həmçinin Baku TV telekanalı tərəfindən reportaj hazırlanıb.
Layihə çərçivəsində sərgi haqqında üç dildə üç məqalənin dərc olunması nəzərdə tutulur.