https://innews.media/uploads/news/2025-12/_innews_1e1d6150f3d74c6679417de1a_o.jpg
Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və deputat Nurlan Həsənov dekabrın 8-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcəklər.
Millət vəkilləri səfər çərçivəsində İtaliya Deputatlar Palatasında Azərbaycanda elan edilmiş “Konstitusiya və Suverenlik ili” nə həsr olunmuş tədbirdə iştirak edəcəklər.
Səfər dekabrın 10-da başa çatacaq.