https://innews.media/uploads/news/2025-12/_innews_1bf838e2e29c3bb9c2a548e53_o.jpg
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev dekabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.
Səfər çərçivəsində deputat ATƏT PA Bürosunun və Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT-in fəaliyyəti, cari siyasi məsələlər və seçkilərin müşahidəsi barədə müzakirələr aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.