https://innews.media/uploads/news/2025-12/_innews_63368d8a7706c12caff02824c_o.jpg
Türkiyənin Kahramanmaraş, Qaziantep və Adana şəhərlərində iş adamları ilə görüşlərdə ölkəmizin biznes və investisiya mühitinə dair məlumat verilib.
Azərbaycanın investisiya mühitinin tanıdılması məqsədilə Türkiyənin Kahramanmaraş, Qaziantep və Adana şəhərlərində həmin şəhərlərin valiləri, universitet rektorları, sənaye və ticarət palatalarının rəhbərləri və sahibkarlarla görüşlər keçirilib.
Azərbaycanın Türkiyədə Səfirliyi və ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə keçirilən görüşlərdə ölkəmizin biznes və sərmayə potensialı, investorlar üçün tətbiq edilən güzəştlər haqqında məlumat verilib.
Görüşlər zamanı iki ölkə arasında investisiya əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb.