logo
İdman tariximizdə ilk: Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa Çempionatına vəsiqə qazandı

İdman tariximizdə ilk: Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa Çempionatına vəsiqə qazandı

İdman tariximizdə ilk: Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa Çempionatına vəsiqə qazandı İdman tariximizdə ilk: Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa Çempionatına vəsiqə qazandı

Azərbaycanın fiqurlu konkisürmə üzrə idman tarixində ilk dəfə olaraq idmançımız Avropa Çempionatında iştirak edəcək.

27-30 noyabr tarixlərində İstanbulda keçirilən “Bosphorus Cup” adlı yarışda qısa və sərbəst proqram üzrə çıxış edən fiqurlu konkisürənimiz Nərgiz Süleymanova  26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medal  sahib olub və Avropa Çempionatına vəsiqə qazanıb.

Həmçinin idmançımız Səbinə Əliyeva  öz rəqibləri arasında 137.22 xal toplayaraq  6-cı yerə, yeniyetmə idmançımız Arina Kalugina  isə 154.85 xalla 5-ci yerə sahib olublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin