logo
ADPU rektoru magistrantlarla görüşüb

ADPU rektoru magistrantlarla görüşüb

ADPU rektoru magistrantlarla görüşüb ADPU rektoru magistrantlarla görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsildə Strateji İdarəetmə fənni çərçivəsində Təhsilin təşkili və idarə edilməsi (MBA) ixtisaslaşmasının II tədris ili magistrantlarının universitetin rektoru professor Cəfər Cəfərov ilə görüşü təşkil olunub. Görüşün əsas məqsədi tələbələrə ali təhsildə strateji idarəetmənin praktiki tətbiqi haqqında məlumat vermək, idarəetmə proseslərinin real şəraitdə təhlilini təqdim etmək və tələbələrin təhsil layihələrinə dair təşəbbüskarlığını artırmaq olub.

Rektor çıxışı zamanı tarixin inkişaf mərhələləri, müasir dövrün tələbləri, texnologiyanın təhsil sahəsinə təsiri və təhsilin strateji inkişaf istiqamətləri barədə geniş məlumat verib. O qeyd edib ki, dinamik dəyişən dünyada təhsil sistemi çevik, innovativ və davamlı inkişaf meyillərinə uyğun olmalıdır. Ulu Öndər Heydər Əliyevin “Mən müəllim adından yüksək ad tanımıram” sitatını xatırlayaraq, müəllim peşəsinin cəmiyyətdə rolu bardə söz açan rektor ölkədə aparılan kadr islahatları, müəllim hazırlığına dair yenilənmiş standartlar və müvafiq statistik göstəricilər barədə məlumat verib. C.Cəfərov çıxışında Azərbaycanın əldə etdiyi tarixi Qələbənin milli inkişaf prosesində rolunu xüsusi vurğulayıb. Qeyd edilib ki, ölkənin müasir mərhələdə qazandığı hərtərəfli tərəqqi, xalqın “Qalib xalq” statusu və ərazi bütövlüyünün bərpası Müzəffər Ali Baş Komandanın strateji rəhbərliyi, xalq-ordu birliyinin nümayişi və milli təhlükəsizlik sisteminin güclü təşkilinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu Qələbə, eyni zamanda, təhsil sisteminin üzərinə yeni məsuliyyətlər qoyur—müasir tələblərə cavab verən, yüksək vətənpərvərlik ruhuna malik, bilikli və innovativ düşüncəli gənclərin hazırlanması zərurətini daha da aktuallaşdırır.

Görüşdə ADPU-nun prorektoru, professor Asəf Zamanov və ADPU-nun Ümumi pedaqogika kafedrasının dosenti Müslüm Nəzərov da iştirak ediblər. Onlar təhsildə strateji idarəetmə, akademik fəaliyyətin təkmilləşdirilməsi və müasir pedaqoji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Görüşün sonunda magistrantlar təhsil idarəetməsi, innovativ layihələr, tədrisin keyfiyyəti və strateji yanaşmalar barədə sual və təkliflərini səsləndiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin