logo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik fəaliyyətində Suverenlik və Konstitusiyanın rolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik fəaliyyətində Suverenlik və Konstitusiyanın rolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik fəaliyyətində Suverenlik və Konstitusiyanın rolu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik fəaliyyətində Suverenlik və Konstitusiyanın rolu

BSU-da " Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik fəaliyyətində Suverenlik və Konstitusiyanın rolu " mövzusunda respublika elmi konfransı keçirilib.

Noyabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisinin(MM) Elm və təhsil komitəsinin və Bakı Slavyan Universitetinin(BSU) birgə təşkilatçılığı ilə BSU-da " Konstitusiya və Suverenlik İli " çərçivəsində " Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik fəaliyyətində Suverenlik və Konstitusiyanın rolu " mövzusunda respublika elmi konfransı keçirilib.  Konfransda BSU-nun rektoru Anar Nağıyev,  MM-in Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və üzvləri Elçin Mirzəbəyli, Pərvin Kərimzadə, Elnarə Akimova, Sevinc Fətəliyeva, Vüqar Rəhimzadə, BSU-nun professor-müəllim heyəti və tələbələr  iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirdi ki, bu gün Azərbaycan tarixinin daha bir mühüm səhifəsi xatırlanır. Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində düşmən Kəlbəcər şəhərini tərk edib.

Rektor vurğulayıb ki, Konstitusiyamıza daxil edilən müddəalar xalqın kimliyinin qorunmasına və gələcək müstəqilliyin hüquqi əsaslarının yaradımasına mühüm töhfə verib. Müstəqilliyin bərpasından sonra, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul edilən Milli Konstitusiyamız müasir dövlət quruculuğunun əsas hüquqi çərçivəsini formalaşdırıb. Anar Nağıyev BSU-nun da  siyasi elmlər, dövlət idarəçiliyi və sosial elmlər sahəsində bu məsələlərin elmi-praktik araşdırılması ilə məşğul olduğunu bildirdi.

Rektor əlavə edib ki, siyasi liderliyi müəyyən edən əsas amillər ədalət, əxlaqi prinsiplərə sadiqlik, qanunun aliliyinin qorunması və dövlət təhlükəsizliyinin təmin edilməsidir. Son 30 ilin Azərbaycan tarixi bu liderliyin ən parlaq nümunələrini özündə əks etdirir: Ulu Öndər Heydər Əliyevin ölkəni vətəndaş qarşıdurmasından xilas edərək dövlət institutlarını bərpa etməsi, Prezident İlham Əliyevin isə dövlətin sürətli inkişafını təmin etməsi, siyasi sabitlik yaratması və ərazi bütövlüyümüzü tam bərpa etməsi bu ardıcıl siyasi kursun təntənəsidir.

Rektor bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyinin mühüm cəhətlərindən biri də onun Heydər Əliyev məktəbinin yetirməsi olmasıdır. Bu dəyərlər dövlətçilik baxışının əsasını təşkil edir və Konstitusiyanın bütün müddəaları üzrə həyata keçirilən siyasətdə öz əksini tapır. 2003–2024-cü illər ərzində Prezidentin fəaliyyəti Konstitusiyanın mahiyyətinə uyğun şəkildə dövlətin təhlükəsizliyi, müstəqilliyin qorunması, sosial rifah və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirilib.

Çıxışı zamanı Anar Nağıyev  2003–2024-cü illər üzrə Prezident lham Əliyevin çıxışlarına toxunaraq əlavə edibki, bu nitqlərdə ölkənin keçdiyi yol, qarşıya qoyulan hədəflər və əldə edilən nəticələr ardıcıllıqla öz əksini tapır.

Çıxış zamanı rektor , həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin dövlət qurumları ilə yanaşı, təhsil müəssisələrinin fəaliyyətinə də yeni istiqamətlər gətirdiyi qeyd edib. O bu çərçivədə BSU-nun ölkənin 7 regionunda seminarlar təşkil edərək təxminən 3 min şagird və gənclə suverenlik, dövlətçilik və konstitusion dəyərlər mövzularında müzakirələr apardığı diqqətə çatdırıb. Eyni zamanda bu mövzular üzrə Qərbi Azərbaycan İcması və YAP Gənclər Birliyi üçün seminarların keçirildiyini, eləcə də xarici ölkələrdə — Albaniya, Polşa və Bolqarıstanın aparıcı universitetlərində mühazirələrin oxunduğu vurğulayıb.

MM-in Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxışında Azərbaycan tarixinin çətin və mürəkkəb inkişaf yolundan bəhs edərək, ölkəmizin dövlətçilik ənənələrinin böyük sınaqlardan keçdiyini vurğulayıb. O qeyd edib ki, 18–20-ci əsrlərdən başlayaraq Azərbaycan xalqı müxtəlif siyasi təzyiqlərə məruz qalsa da, milli kimliyini və dövlətçilik ideyalarını qorumağı bacarıb.

MM-in Elm və Təhsil Komitəsinin üzvləri Elçin Mirzəbəyli, Pərvin Kərimzadə, Elnarə Akimova, Sevinc Fətəliyeva və Vüqar Rəhimzadə çıxışlarında “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətini müxtəlif aspektlərdən şərh ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin mühüm dövlətçilik siyasətinə toxunaraq bildiriblər ki, bu gün Azərbaycan siyasi, hüquqi və dövlətçilik baxımından ciddi inkişaf yolu keçib və hazırda da beynəlxalq əlaqələrini daha da genişləndirməyə davam edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin