logo
TOKAYEVİN UZAQGÖRƏN DİPLOMATİYASI

TOKAYEVİN UZAQGÖRƏN DİPLOMATİYASI

TOKAYEVİN UZAQGÖRƏN DİPLOMATİYASI TOKAYEVİN UZAQGÖRƏN DİPLOMATİYASI

Məlum olduğu kimi, 21 noyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında rəsmi görüş olub.

Görüşdən sonra keçirilən mətbuat konfransı zamanı Tokayev Ermənistanın baş naziri Nikol Paşinyana Qazaxıstan Respublikasının ən yüksək dövlət mükafatı olan “Qızıl Qartal” ordenini təqdim edib.

Bu təqdimat regionda mühüm siyasi hadisə kimi qiymətləndirilir. Sözügedən addım həm Türk dövlətləri arasında strateji yanaşmanın, həm də Qazaxıstanın balanslaşdırılmış xarici siyasət fəlsəfəsinin bariz nümunəsi kimi dəyərləndirilir. Qeyd edək ki, bu mükafat adətən regional sabitliyin möhkəmləndirilməsi, əməkdaşlıq və dövlətlərarası münasibətlərin inkişafında xüsusi xidmətləri olan xarici ölkə liderlərinə verilir.

Tokayevin bunu “ölkələrimiz arasında dostluğun əlaməti” kimi təqdim etməsi mükafatın siyasi və diplomatik çəkisini daha da artırır. Prezidentin mətbuat konfransında səsləndirdiyi fikirlər də bu addımın nə qədər önəmli olduğunu açıq şəkildə nümayiş etdirir.

Hesab edirəm ki, Tokayevin bu addımı təsadüfi deyil və burada bir neçə mühüm strateji məqsəd dayanır:

  1. Qazaxıstan regional balanslaşdırma siyasəti yürüdür;

  2. Qazaxıstan postsovet məkanında daim neytral və sabitləşdirici mövqe nümayiş etdirir;

  3. Rəsmi Astana Ermənistan–Qazaxıstan münasibətlərini gücləndirməklə Cənubi Qafqazda dialoqu təşviq edir.

Tokayevin Paşinyanı mükafatlandırması Türk dövlətlərinin regional siyasətində yeni diplomatik formatların inkişafına xidmət edir. Bu addım eyni zamanda Türk Dövlətləri Təşkilatının geosiyasi çevikliyini nümayiş etdirir.

Rəsmi İrəvan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi kursuna birbaşa inteqrasiya olunmasa da, Tokayevin bu jesti:

  • Ermənistanın regiondakı təcridinin yumşaldılmasına,

  • Ermənistanın iqtisadi və nəqliyyat əməkdaşlığına daha da yaxınlaşdırılmasına
    xidmət edən uzunmüddətli hədəflərə hesablanıb.

Bütün bunlar Qazaxıstan diplomatiyasının müdrik və “yumşaq güc” strategiyasının tərkib hissəsidir.

Tokayevin Paşinyanı “beynəlxalq ictimaiyyət tərəfindən güclü və uzaqgörən lider kimi tanınan şəxs” adlandırması:

  • Qazaxıstanın Ermənistan rəhbərliyi ilə səmimi dialoq qurmasına,

  • regionda qarşıdurmaların azalmasına,

  • Qazaxıstanın vasitəçi dövlət imicinin güclənməsinə
    xidmət edir.

Qazaxıstanın ali dövlət mükafatının Ermənistan liderinə təqdim olunması, əslində, uzaqgörən diplomatik gedişdir.

Bu diplomatik addım:

  • iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə,

  • Ermənistanın Qazaxıstanın iqtisadi və nəqliyyat layihələrinə yaxınlaşdırılmasına
    töhfə verə bilər.

Mahiyyət etibarilə bu xoşməramlı jest bütövlükdə Türk dünyasının geosiyasi təsir imkanlarının genişlənməsinə şərait yaradır.

Düşünürəm ki, Kasım-Jomart Tokayevin Nikol Paşinyana Qazaxıstanın ən yüksək dövlət mükafatını təqdim etməsi yalnız simvolik addım deyil. Bu, eyni zamanda regionda yeni diplomatik reallıqların formalaşdığını, Türk dövlətlərinin siyasətində dialoqyönlü və uzaqgörən xəttin gücləndiyini göstərən mühüm mesajdır.

Tokayevin bu addımı həm regional sabitlik, həm də gələcək əməkdaşlıq perspektivləri baxımından strateji və uzaqgörən diplomatiya nümunəsi kimi qiymətləndirilə bilər.

Müəllif: Qəvami Sadıqbəyli

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin