https://innews.media/uploads/news/2025-11/_innews_45ee00860933d0107c3396ba8_o.jpg
20 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd edək ki, emitent tərəfindən istiqrazların aşağıda qeyd olunmuş şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda – 2,500,000 AZN həcmində;
30-cu ayda – daha 2,500,000 AZN həcmində;
33-cü ayda – daha 2,500,000 AZN həcmində;
36-cı ayda – daha 2,500,000 AZN həcmində;
İstiqrazlar üzrə digər məlumatlar aşağıdakı kimidir:
|
Emitentin adı |
"AZƏRMAŞ GROUP" MMC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001027302 |
|
İstiqrazların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz (nominal dəyərinin 60 faizi üzrə İKZF tərəfindən zəmanət verilmiş) |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
|
İstiqrazların sayı |
10,000 ədəd |
|
İlkin ticarət qiyməti |
1,000 manat |
|
İstiqrazların buraxılış həcmi |
10,000,000 manat |
|
İllik gəlirlilik faizi |
13% |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
3 il |
|
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |