https://innews.media/uploads/news/2025-11/_innews_97337b24eaa1094597daea7c7_o.jpg
Çinin paytaxtı Pekin şəhərində Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun təşkilatçılığı ilə "Bir kəmər, bir yol, yüksək keyfiyyətli inkişaf: Konsepsiyalar və fəaliyyətlər" adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransa Avropa və Asiya ölkələrindən 15-dən çox dövlətin təmsil olunduğu 60-dan artıq iştirakçı qatılıb.
Beynəlxalq tədbirdə ölkəmizi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Nərgiz Kərimova təmsil edib. O, "Bir kəmər bir yol təşəbbüsü kontekstində Çin-Azərbaycan əlaqələri: Tarixi İpək yolundan ədəbi dialoqa" adlı məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində iştirakçılar elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, təcrübələrini bölüşüb, gələcəkdə birgə layihələr üçün imkanları qiymətləndiriblər.