https://innews.media/uploads/news/2025-11/_innews_70f27811f46d24010d980d476_o.jpg
Mozambikin rabitə və rəqəmsal transformasiya naziri Ameriko Muçanqa Azərbaycana səfəri zamanı ölkəmizin yüksək səviyyəli qonaqpərvərliyini və rəqəmsal transformasiya sahəsində əldə etdiyi təcrübəni yüksək qiymətləndirib.
"innews media" xəbər verir ki, nazir bildirib ki, Azərbaycana gəldikləri gündən insanlar onlara çox mehriban yanaşıb və şəhərin mədəniyyəti, insanların səmimiyyəti onları çox təsirləndirib. Muçanqa “WTDC-25” konfransının təşkilindən də məmnun qaldığını vurğulayıb:
"Hər şeyin yüksək səviyyədə təşkil olunduğunu görmək bizi həqiqətən heyran etdi. Problemsiz və mükəmməl şəkildə keçirilən konfrans Azərbaycan hökumətinin gördüyü tədbirlər və apardığı təşkilati işlər sayəsində mümkün olub. Hazırda Azərbaycanda olan bütün ölkələrin nümayəndələri rahat şəkildə işləyir və müzakirələr aparır".
O, həmçinin Azərbaycanın rəqəmsal transformasiya sahəsindəki təcrübəsinin çox dəyərli olduğunu qeyd edib və bildirib ki, Mozambik və eyni inkişaf mərhələsində olan digər ölkələr bu təcrübədən öyrənmək və öz inkişaflarını sürətləndirmək üçün Azərbaycanın nümunəsindən yararlana bilərlər.