https://innews.media/uploads/news/2025-11/_innews_9304512a067df97c6fa1a69c0_o.jpg
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan Malayziyanın rabitə naziri Datuk Ahmad Fahmi Mohamed Fadzil ilə görüş keçirib.
Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xüsusilə 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsi, bu məqsədlə azərbaycanlı mütəxəssislərin qısa zamanda Malayziyaya ezam olunması barədə razılıq əldə olunub.