logo
Energetika naziri Xızıda vətəndaşları qəbul edəcək

Energetika naziri Xızıda vətəndaşları qəbul edəcək

Energetika naziri Xızıda vətəndaşları qəbul edəcək Energetika naziri Xızıda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov noyabrın 28-də Xızı, Siyəzən, Şabran, Sumqayıt və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Xızı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ8000, Xızı şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs: Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az), Sumqayıt filialı (əlaqələndirici şəxs: Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, elektron poçt ünvanı: office.sumgayit@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də müraciət etmək mümkündür.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin