logo
Birinci uşaq rəqs festivalı başa çatıb - FOTO

Birinci uşaq rəqs festivalı başa çatıb - FOTO

Birinci uşaq rəqs festivalı başa çatıb - FOTO Birinci uşaq rəqs festivalı başa çatıb - FOTO

Birinci uşaq rəqs festivalı başa çatıb.

"innews media"-nın məlumatına görə, festivalda qeydiyyatdan keçən 28 komandanın 23 komandası aktiv iştirakçı, 5 komanda isə qonaq kimi səhnəyə çıxıb.

Uşaqlar milli və müasir rəqslərdən ibarət proqram təqdim ediblər.

Festivalın sonunda qaliblərə sertifikatlar, diplomlar, mükafatlar və xüsusi hədiyyələr təqdim olunub.

6-9 yaş qrupu üzrə qaliblər;

I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi,

II yer – İnci Sənət Akademiyası,

III yer – İnci Sənət Akademiyası.

10–14 yaş qrupu üzrə qaliblər;

I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi,

II yer – 4 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi,

III yer – "Nərgiz" rəqs qrupu.

Qeyd edək ki, festival Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil, Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin