https://innews.media/uploads/news/2025-11/_innews_4c8d671156aa702562f9e73f3_o.jpg
Sumqayıt şəhər İnternat tipli gimnaziyanın 3 b sinif şagirdləri 8 noyabr Zəfər Günü münasibətilə müəllim Sehranə Əlizadənin təşkilatçılığı ilə Kəlbəcər rayon Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 3-cü sinif şagirdlərinə zəfər ruhlu, xarıbülbül ətirli məktublar göndərmişdir.
Sumqayıt şəhərindən işğaldan azad olunan Kəlbəcər şəhərinə ilk məktubu İnternat tipli gimnaziyanın göndərməsi sevindirici haldır. Bu hər iki məktəbin şagirdləri arasında vətənpərvərlik hissini gücləndirir, dostluq əlaqələrini genişləndirir. Dostluq layihəsini ərsəyə gətirən hər iki məktəbin müəllim və şagird kollektivinə təşəkkür edirik.