https://innews.media/uploads/news/2025-11/_innews_92b95800e436b763de0d6b34e_o.jpg
“Səhər yuxudan durdum, gördüm ki, qohumlar bizə yığışır. Dedilər ki, sərhəddə vəziyyət ağırdır”.
"innews media" xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində deyib.
O, həmin gün – həyatının ən ağır anlarından biri olan gün barədə danışıb:
“Bir azdan evdə qəribə bir sükut yarandı. Hiss edirdim ki, nəsə olub, amma heç kim mənə demirdi. Hər kəsin üzündə bir ifadə vardı – həm qorxu, həm kədər, həm də inamsızlıq".
Ofeliya Salmanova bildirib ki, o gün yaşadığı hissləri sözlə ifadə etmək çətindir.