https://innews.media/uploads/news/2025-11/_innews_aea521a74f74549d62ce2bf91_o.jpg
13 noyabr - Görmə Məhdudiyyətli Şəxslər Günü münasibətilə cəmiyyətimizdə bu mövzuya diqqəti artırmaq, sosial məsuliyyət hissini gücləndirmək məqsədilə Samra Center və İnclusive Organization Company-nin təşəbbüsü ilə “Qaranlıqda bir gün” adlı sosial çarx hazırlanmışdır.
Sosial çarxda görmə məhdudiyyətli şəxslərin gündəlik həyat çətinlikləri, onların cəmiyyətə inteqrasiyası və bərabər hüquqlarının təmin olunmasının vacibliyi vurğulanmışdır. Layihənin ali məqsədi görmə məhdudiyyəti olan insanların gündəlik həyatdakı çətinliklərini anlamaq, görmə qabiliyyəti olan insanlarda empatiya və sosial məsuliyyət hissini artırmaq, hissləri (toxunma, eşitmə, qoxu, bədən oriyentasiyası) inkişaf etdirmək, ictimai şüurun formalaşması, cəmiyyətin daha həssas və diqqətli olmasına töhfə verməkdir. Bu təcrübə empatiya və hisslərin inkişafı üçün istifadə olunan psixoloji və sosial təcrübədir.