logo
Tokayevin Moskva səfərindən nə gözlənilir?

Tokayevin Moskva səfərindən nə gözlənilir?

Tokayevin Moskva səfərindən nə gözlənilir? Tokayevin Moskva səfərindən nə gözlənilir?

Məlum olduğu kimi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 11-də  Moskvaya dövlət səfərinə gedib. Bu səfər regionda böyük maraq doğurub. Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə gerçəkləşən bu səfər həm Qazaxıstan–Rusiya münasibətlərinin hazırkı mərhələsini ;  həm də Mərkəzi Asiyada dəyişən geosiyasi balansı əks etdirir. Səfərin protokol hissəsi sadə və səmimi atmosferdə keçib.

Vladimir Putin qazaxıstanlı həmkarını “çay və qəhvə içməyə” dəvət etməklə, ikitərəfli münasibətlərdəki dostluq və qarşılıqlı etimad mühitini ön plana çıxardı.

Rusiya tərəfi Tokayevi yüksək səviyyədə qarşıladı.

Tokayevin bu səfəri onun müstəqil və çoxvektorlu xarici siyasət kursunun davamıdır.

Qeyd etmək lazımdır ki, Kasım - Jomart Tokayev  dövlət başçısı cəmi bir neçə həftə əvvəl Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşərək bir sıra strateji və iqtisadi əhəmiyyətli müqavilələr imzalamışdı.

Bu sənədlər Qazaxıstanın enerji, texnologiya və investisiya sahələrində yeni imkanlar əldə etməsinə şərait yaratdı. Bu fakt Tokayevin xarici siyasətdə balanslı yanaşma prinsipinə sadiqliyini göstərir. Rəsmi Astana  nə  Moskvanın , nə də  Vaşinqtonun orbitində hərəkət etmir. Əksinə, Qazaxstan  dövlət müstəqilliyini qorumaqla, bütün əsas güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə çalışır. Tokayev–Putin görüşündə əsas diqqət  siyasi, iqtisadi , ticari i və humanitar əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Xüsusilə, enerji resurslarının nəqli, sənaye kooperasiyası, sərhədyanı ticarət və rəqəmsal iqtisadiyyat sahəsində yeni layihələrin gündəmdə olduğu bildirilir.

Bundan əlavə, regional təhlükəsizlik məsələlərinin – xüsusən də Mərkəzi Asiyada sabitliyin qorunması, Qazaxıstanın tranzit potensialının artırılması və Avrasiya İqtisadi İttifaqı çərçivəsində koordinasiyanın dərinləşdirilməsi kimi mövzuların müzakirə olunacağı gözlənilir.

Tokayevin Moskva səfəri həm də Qazaxıstanın siyasi müstəqilliyinə, diplomatik çevikliyinə və beynəlxalq nüfuzuna dair açıq bir mesajdır.

Bu səfər göstərir ki, Astana öz milli maraqlarına əsaslanaraq həm Qərb, həm də Şərqlə qarşılıqlı faydalı əməkdaşlıq qura bilir. Tokayevin ardıcıl şəkildə həm Vaşinqtona, həm də Moskvaya səfərləri Qazaxıstanın müasir geosiyasətdə balanslı və praqmatik oyunçuya çevrildiyini nümayiş etdirir.

Moskva səfəri, gözlənildiyi kimi, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və regionda sabitliyin qorunmasına töhfə verəcək.

Qazaxıstan müstəqil dövlət kimi öz yolunu özü müəyyənləşdirir və bu yolda hər bir addımını milli maraqlar prizmasından atır.

Müəllif : Qəvami Sadıqbəyli

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin