https://innews.media/uploads/news/2025-11/_innews_fca56a0db54b4a5151a821ebe_o.jpg
Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər.
Yarışların ilk günündə Uqanda seçməsinə qalib gələn (8-2) Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün Pakistan idmançılarını məğlubiyyətə uğradıb (8-3). Stolüstü tennisçilər bu nəticə ilə qrup lideri kimi 1/4 finala adlayıblar. Növbəti mərhələdə rəqib Maldiv seçməsi olacaq.