https://innews.media/uploads/news/2025-11/_innews_188d71eb2f05835c74f239485_o.jpg
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyası keçirilir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katib Azər Əliyev və MOK-un vitse-prezidenti Fərid Mansurov iştirak edir.
Əvvəlcə İSSA-nın 42-ci İcraiyyə Şurasının iclası olub. Daha sonra İSSA-nın Baş Assambleyasının iclası öz işinə başlayıb. İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər barədə müzakirələr aparılıb və İSSF-nin İslam ölkələri arasında 20 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.