https://innews.media/uploads/news/2025-11/_innews_87c2ddb6f7129692f193919c6_o.jpg
Bakı şəhərindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər.
Şagirdlər BDU-nun Heydər Əliyev Muzeyi, Faydalı qazıntılar muzeyi, Genetika və təkamül muzeyində olublar. Həmçinin Universitetin unikal layihəsi olan “EKO Məkan”ı ziyarət ediblər.
Şagirdlərə son illər BDU-nun beynəlxalq reytinqlərdə əldə etdiyi yerlər, tələbələrin “TEKNOFEST” və “Robotex” kimi elm-texnologiya yarışlarındakı nailiyyətləri, Universitetdə açılan yeni ixtisaslar və tədris metodları haqqında da məlumat verilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin