https://innews.media/uploads/news/2025-11/_innews_3332db1a6bb362683d53f37ed_o.jpg
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan dövlət qurumlarının informasiya sistemlərinin daimi monitorinqi nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən 52 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanmışdır. Bu kibertəhdidlərin 31-i daxili araşdırma, 21-si isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunmuşdur.