https://innews.media/uploads/news/2025-11/_innews_63350eae0cdadbe396608a155_o.jpg
Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Nazir bildirib ki, Azərbaycan Respublikasında aqrar siyasətin formalaşması və müasir inkişaf mərhələsinə keçidin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Nazir Məcnun Məmmədov əlavə edib ki, Ümummilli Liderin müəyyən etdiyi bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra 2025-ci təsərrüfat ilində yüksək nəticə göstərən fermerlərə, aqrar sahədə uzunmüddətli fəaliyyət göstərmiş nazirlik əməkdaşlarına, eləcə də “Əməkdaşların Tanınma Proqramı”nın qalibləri olan işçilərə təşəkkürnamələr təqdim olunub.
"Əməkdaşların Tanınma Proqramı”nın qalibləri arasında Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsinin müdiri iqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Elçin Nəsirov da yer alıb.