https://innews.media/uploads/news/2025-11/_innews_345739e494effd3665a529d88_o.jpg
Azərbaycanın Xalq artisti Röya Ayxan növbəti dəfə səhnə üslubu ilə diqqət mərkəzinə düşüb. İfaçının Heydər Əliyev adına Sarayda baş tutan dünənki möhtəşəm konsertində geyindiyi libas məşhur Rasario markasına məxsusdur.
Brendin rəsmi Instagram səhifəsində Röya xanımın konsertdən görüntüləri paylaşılaraq bu qeydlər edilib:
“Bütün varlıq. Bütün güc. @royaofficial tam RASARIO qüvvəsi ilə səhnəyə çıxır. Konstruksiya, forma və imza həcmi ilə məkanı müəyyən edən krep və atlaz siluet.”
Qüsursuz siluet, konstruktiv forma və zərif atlaz parça ilə seçilən bu libas, Röya Ayxanın güclü səhnə obrazını daha da vurğulayıb. İfaçının enerjisi və xarizması markanın estetik fəlsəfəsi ilə mükəmməl şəkildə vəhdət təşkil edib.
Paltarın qiyməti 3500 dollardı.
Xatırladaq ki, Rasario markası 2012-ci ildə Rasida Lakoba tərəfindən yaradılıb. Əslən Abxaziyadan olan dizaynerin markası bu gün Paris və Moskva mərkəzli fəaliyyət göstərərək, zərifliyi və qadın bədəninin formalarını ön plana çıxaran dizaynları ilə dünya ulduzlarının seçiminə çevrilib.