logo
Mark Eliyahu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib - VİDEO

Mark Eliyahu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib - VİDEO

Mark Eliyahu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib - VİDEO Mark Eliyahu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib - VİDEO

Şərq və Qərb musiqisinin möhtəşəm sintezini yaradan dünya şöhrətli musiqiçi və bəstəkar Mark Eliyahu 29 oktyabr tarixində Heydər Əliyev Sarayında unudulmaz konsert proqramı ilə çıxış edib.

Musiqiçi kamança və tar kimi ənənəvi alətləri müasir səs elementləri ilə birləşdirərək auditoriyaya ruhu səyahətə aparan, duyğusal və enerjili ifalar təqdim edib. Tamaşaçılar hər ifanı gur alqışlarla qarşılayıblar.

Səhnədə çıxışı zamanı Mark Eliyahu müəllimi, görkəmli musiqiçi Ədalət Vəzirovu da xatırlayıb. O, 17 il əvvəl Bakıda təhsil aldığını qeyd edərək, müəlliminin sənət yolunda böyük rolu olduğunu vurğulayıb və “Allah rəhmət eləsin” sözləri ilə ustadına hörmətini ifadə edib.

Konsert boyu musiqiçinin səmimi enerjisi və ifasının dərin emosional təsiri zalda xüsusi atmosfer yaradıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin