https://innews.media/uploads/news/2025-10/_innews_0f6f594d087430403540e159f_o.jpg
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Süni intellektin mediada tətbiqi” mövzusunda ikigünlük seminar uğurla başa çatıb.
"innews media" xəbər verir ki, proqramın ikinci günündə media nümayəndələri süni intellekt texnologiyalarının informasiya istehsalında, məlumatların emalında və generativ məzmunun hazırlanmasındakı rolu barədə məlumat alıblar.
Sessiyalar Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Nikolas Hamelin tərəfindən keçirilib, iştirakçılarla interaktiv müzakirələr aparılıb.
Seminar zamanı süni intellektin media sektorunda operativlik, analitika və məzmun istehsalı istiqamətində yaratdığı imkanlar, həmçinin rəqəmsal transformasiyanın gətirdiyi çağırışlardan bəhs edilib. Qeyd olunub ki, belə təşəbbüslər jurnalistlərin peşəkar inkişafına, innovativ texnologiyaların mediada məsuliyyətli tətbiqinə və informasiya mühitinin keyfiyyətinin yüksəlməsinə töhfə verir.