https://innews.media/uploads/news/2025-10/_innews_4db0bfd305a2d92cc62b33543_o.jpg
24 oktyabr tarixində Bakı Fotoqrafya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əcnəbi tələbə və məzunlarının foto-əsərlərindən ibarət olan “Mən Burdayamİ am Here” sərgisi açılmışdır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə həyata keçirən sərgi böyük maraqla qarşılanmışdır.
Təqdim olunan 30 fotoşəkil ADMİU-nun əcnəbi tələbələrinin Bakı, Gənçə, Quba, Şuşa, Ağdam və diqər şəhərlərə səyahətlərinin kiçik hekayələridir. Vətənimiz möhtəşəm mənzərələri, tarixi-mədəni abidələri, gündəlik həyatını əks etməklə yanaşı, tələbə və məzunlar fotolar vasitəsi ilə təəsüratları, münasibətləri və fərd, daxili impulsları ilə bölüşürlər. Sərginin məqsədi bir neçə hədəfi nəzərdə tutur. Tələbələrin mədəni inteqrasiyaya yönəlməsi, yeni mühitdə özlərini rahat, döğma hiss etməsi və universitet və şəhər həyatının ayrılmaz bir hissəsi olduqlarının vurğulamanmasıdır. Bu təşəbbüs onlar üçün özlərini, dünyagörüşlərini və gözləntilərini, həmçinin perspektivlərini səsləndirmək üçün unikal şansdır.
Sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Perudan olan tələbələrin əsərləri nümayiş edirir. Ümimi konseptlə yanaşı iştrakşıların hər biri mövzuya dair fərdi yanaşmasını formalaşdırmışdır və fotonun visual dili vasitəsi ilə təqdim etmişdir.
İştrakşılar:
Asude Yılmaz Mehmet (Turkiyə, Teatr sənəti fakultəsi, bakalavr, 1-ci tədris ili) Bakı və Gəncənin müasir memarlıq və heykəltaraşlıq abidələrin, şəhərin geçə işiqlarını vurğulayır və onları aram təbiət mənzərələri ilə qarşılaşdırır.
Ayzada Seytibaeva (Özbəkistan Rəssamlıq fakultəsi, magistr, 1-ci tədris ili) qeyim dizaynı sahəsində çalışır, aktiv tərzdə sərgilərdə iştrak edir. Fotolarda Ayzadə Qarabağla əlaqəli xatirələrilə bölüşür.
Wasif Bilguis Ahmed (Pakistan, Audio-vizual sənətlər fakultəsi, magistr, 1-ci tədris ili). Bilguisin Bakıya və xüsusilə onun qədim hissəsinə, İçərişəhərə, abidələrin detallarına, rəng və teksturalarına marağı epik yanaşma kontekstində əks olunur.
Fatima Florena Flores Vivar (Peru, Kulturologiya fakultəsi, magistr, məzun) məzun olsada, ADMİU ilə daim əlaqədədir, Təqdim etdiyi konsept Azərbaycanda müşahidə etdiyi tolerantlıq mühitindən ilhamlanaraq yaranmışdır. İçərişəhərin Gileyli məscidi və Bakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində çəkdiyi fotolarda bədii həll, maraqlı rakurslar, işıq-kölqə effektləri dərin fəlsəfi yanaşmanı əks edir.