https://innews.media/uploads/news/2022-10/_innews_359e0c64b0616847a8a841444_o.jpg
Oktyabrın 4-dən 9-dək Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatı keçirilib.
Yunan-Roma güləşi üzrə yarışda Elgiz Məmmədov (88 kq) A kateqoriyasında ikinci yeri tutub. 1/4 finalda Aytac Dəmirə “tuş”la qalib gələn həmyerlimiz yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) məğlub olan Məmmədov dünya çempionatının gümüş medalını qazanıb.
Qeyd edək ki, mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.