logo
“Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır” - T.Kazımov

“Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır” - T.Kazımov

“Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır” - T.Kazımov “Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır” - T.Kazımov

“Azərbaycanın valyuta bazarında, o cümlədən nağd valyuta bazarında təklif tələbi üstələyib”.

Banker.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Biz bunu hər gün izləyirik. 9 ayın nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon üstələyib. Yəni əhali daha çox xarici valyuta vəsaitlərini satıb, nəyinki alıb. Bu bizim üçün daha vacib göstəricidir. Çünki biz əhalinin gözləntilərini bu göstərici ilə qiymətləndirirk”, — deyə T.Kazımov konfransda bildirir.

“Bu mənim hansısa emoisional fikirim deyil, Azərbaycan Manatına inamımın arxasında rəqəmlər və faktlar dayanır. İlk növbədə tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır. Birincisi – sentyabrda dollarlaşma səviyyəsi 29 faizə düşüb. Bizim hədəfimiz bu rəqəmi 20-25% ətrafında idarə etməkdir və bu, normaldır. Yəni dollarlaşma səviyyəsi 20-25% ətrafına düşərsə, bu, normaldır. Dollarlaşma səviyyəsi sıfır ola bilməz.

İkincisi – nağd bazarda olan əməliyyatlara baxsaq, təklif tələbi üstələyir, bu məbləğ olaraq yüksəkdir. 9 ayın nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon üstələyib.

Üçüncü amil – ölkəmizin strateji valyuta ehtiyatları il ərzində 14,7% artaraq 81,5 milyard dollara çatıb. Bizim strateji valyuta ehtiyatlarımız geniş Manat kütləsini 3,7 dəfə üstələyir. Yəni, manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır.

Dördücü amil – proqnozlarımıza görə cari əməliyyatlar balansı 2025-ci ilin və 2026-cı ilin sonlarında profistli olacaqdır. Yəni, bu tək mənim fikirim deyil, rəqəmlər və faktlardır.

Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) manatla istiqrazlar buraxılışı da bunu göstərir ki, onlar da Azərbaycan iqtisadiyyatına, Manata inanırlar və Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasətini dəstəkləyirlər” – Mərkəzi Bankın sədri qeyd edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin