"innews media" xəbər verir ki, təlimi PR Point Bakunun təsisçisi və direktoru, PR və şəxsi brendinq üzrə mütəxəssis Aida Ramiz keçib. “Müasir tələbə görə brendinq” adlı sessiyada gənclərin özlərini peşəkar şəkildə təqdim etmə bacarıqları, sosial mediada düzgün imic formalaşdırmaq, LinkedIn platformasından effektiv istifadə və universitet dövründən şəxsi brendin təməlini qurmaq yolları müzakirə edilib.
Təlimdə Qarabağ Universitetinin müxtəlif ixtisaslarından 80 tələbə iştirak edib. Sessiya sual-cavab formatında, interaktiv oyunlar və praktiki çalışmalarla müşayiət olunub. Təlim sonunda keçirilən oyun zamanı qalib gələn 5 tələbə təlimçi ilə ödənişsiz şəxsi brendinq konsultasiyası qazanıb.
Bu əməkdaşlıq PR Point Baku və Qarabağ Universiteti arasında gənclərin kommunikasiya və brendinq bacarıqlarının inkişafına yönəlmiş davamlı təşəbbüslərin başlanğıcıdır.