logo
Vüqar Rəhimzadə: Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı ənənəvi dostluq və qardaşlıq əlaqələrinə söykənir

Vüqar Rəhimzadə: Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı ənənəvi dostluq və qardaşlıq əlaqələrinə söykənir

Vüqar Rəhimzadə: Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı ənənəvi dostluq və qardaşlıq əlaqələrinə söykənir Vüqar Rəhimzadə: Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı ənənəvi dostluq və qardaşlıq əlaqələrinə söykənir

Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək səviyyədə inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər kəsə məlumdur. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Deputat qeyd ki, bu gün dünya ictimaiyyəti Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında türk dünyasının birliyinin şahidinə çevrilir. Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində deyib: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.

V.Rəhimzadə bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gedib. Bu səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirə bilərik. Prezidentlərin keçiriləcək görüşləri, müzakirə olunacaq məsələlər ölkələrimizin ikitərəfli gündəliyinə bir daha aydınlıq gətirəcək.

Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin köklərə malik olduğunu deyən Milli Məclisin deputatı diqqətə çatdırıb: “Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Məhz bu reallıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin bir qardaşlıq modeli kimi təqdimatında əhəmiyyətli rol oynayır. Hər iki ölkənin dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. İkitərəfli əlaqələrimizin hazırkı vəziyyəti azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır”.

O diqqətə çatdırıb ki, Azərbaycan-Qazaxıstan birliyi Türk dünyasının həmrəyliyinə böyük töhfədir. Onu da qeyd edək ki, Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd işlənib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəm təmələ əsaslanaraq yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün hədəfləndiyini nümayiş etdirir. İki ölkə liderləri arasında formalaşmış etimad mühiti, şəxsi münasibətlər əlaqələrimizin inkişafında öz sözünü deyir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin