logo
48 saata çəkilən "Yenə tək" - VİDEO

48 saata çəkilən "Yenə tək" - VİDEO

48 saata çəkilən "Yenə tək" - VİDEO 48 saata çəkilən "Yenə tək" - VİDEO

Xalq artisti Aygün Kazımovanın “Best of Aygun - All Stars” albomu musiqi dünyasında böyük maraqla qarşılanır. Bu unikal layihədə yer alan ifaçılardan biri də özünəməxsus səsi ilə seçilən müğənni Rəsul Əfəndiyevdir.

"innews media" xəbər verir ki, Rəsul bu layihə üçün Pop kraliçanın illərdir sevilən və çoxlarının yaddaşında iz buraxan “Yenə tək” mahnısını seçib. Sənətçi mahnını özünəməxsus tərzdə səsləndirib.

Rəsul “Yenə tək” üçün kamera qarşısına keçərək klip də çəkdirib. Gecə saatlarında lentə alınan ekran işi təkliyin, səssizliyin və hisslərin vizual təcəssümüdür. 48 saaat davam edən çəkilişlərdə süni yağışdan istifadə olunub. Klipin rejissor işi Delee Orucluya həvalə olunub.

Qeyd edək ki, “Yenə tək” mahnısının sözlərimeyxanaçı Namiq Qaraçuxurluya, musiqisi isə Minayə İbrahimovaya məxsusdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin