Azərbaycan Dövlət Uşaq Filarmoniyasıda 18 oktyabr 2025-ci il tarixində “Gəncliyin Sədası” adlı konsert proqramı baş tutdu.
Konsertdə gənc ifaçılar İnci Həsənli (fortepiano), Surə Rüfət (violin), Cəlalə İsmayılzadənin (violonçel) ifasında tanınmış Azərbaycan eləcə də avropa bəstəkarlarının əsərləri səsləndi. Kifayət qədər təcrübə və biliyə malik gənc ifaçılar bir çox ölkələrdə, tanınmış beynəlxalq müsabiqə və konsertlərdə uğurla çıxış ediblər. Bu dəfə isə istedadlı gənclər, eyni zamanda Dövlət Uşaq Filarmoniyasının solistləri olan bu ifaçılar bu dəfə Dövlət Uşaq Filarmoniyasının səhnəsində klassik musiqisevərləri sevindirdi.
Proqramda qeyd olunan əsərlərin hər biri virtuoz ifa bacarığı və dərin emosional duyğuları ifadəsini tələb edən mürəkkəb musiqi nümunələri idi. Yaşlarının gənc olmasına baxmayaraq iştirakçılar bu mürəkkəb əsərləri böyük peşəkarlıqla səsləndirərək tamaşaçıların rəğbətini qazandılar.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası istedadlı uşaqlara klassik musiqi dünyasında öz bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək üçün yeni imkanlar yaratmağa davam edir.