logo
Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı beynəlxalq tədbir keçirilib

Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı beynəlxalq tədbir keçirilib

Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı beynəlxalq tədbir keçirilib Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı beynəlxalq tədbir keçirilib

VI. Turizmdə Memarlıq və Mədəni İrs Konqresi çərçivəsində 17 oktyabr saat 19:00-da Çanakkale Barış Korosu və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə iştirakı ilə unudulmaz musiqi axşamı baş tutdu. İki qardaş ölkənin mədəni və dostluq münasibətlərinin yaxınlığını əks etdirən belə bir konsertə Dövlət Uşaq Filarmoniyası ilk dəfə ev sahibliyi edib. Bu birliyin uzunömürlü olması məqsədi ilə konsertdən öncə Dövlət Uşaq Filarmoniyası və Türkiye Polifonik Sanat ve Korolar Derneği arasında əməkdaşlıq memorandumu imzalandı. Bu sənəd gələcək birgə layihələr, konsertlər və yaradıcılıq proqramlarının reallaşması üçün yeni imkanlar açır. Eyni zamanda tərəflər ustad dərslərinin və yaradıcılıq layihələrinin təşkili istiqamətində əməkdaşlıq etməyi planlaşdırırlar. Türkiyədən gələn Çanakkale Barış Xoru, “Keçmişin Çocukları” şüarı ilə Azərbaycan dinləyicilərinin qəlbinə yol tapdı.

Fəaliyyətinin 11-ci ilini qeyd edən Çanakkale Barış Korosu Dövlət Uşaq Filarmoniyasının birləşmiş xor kollektivləri və Vokal sinfi ilə eyni səhnəni bölüşüb. Xorun üzvləri – müxtəlif peşə sahələrindən olan insanlar – səhnədə uşaqlıq arzularını, musiqiyə olan sevgilərini və sülh mesajlarını bölüşdülər. Onların ifasında səslənən “Tavşan”, “Uşaqların Dünyası”, “Mutluluk”, “Barış” və uşaqlar üçün digər sevimli əsərlər zalı sevinc və ümid dolu bir ab-havaya bürüdü.

Konsertin ən təsirli məqamlarından biri Çanakkale Barış Xoru ilə Dövlət Uşaq Filarmoniyasının xor kollektivinin birgə çıxışı oldu. “Keçmişin uşaqları” ilə bu günün uşaqlarının eyni səhnədə sülh və dostluq mahnıları səsləndirməsi tamaşaçılara duyğulu anlar yaşatdı. Uşaqlar üçün bu konsertdə iştirak onların gələcək yaradıcılıq həyatında mühüm hadisə kimi yadda qalacaq.

Səhnədə qurulan bu musiqi körpüsü bir daha göstərdi ki, musiqi yaşı tanımır, nəsilləri birləşdirir və uşaqlıq ruhunu daim yaşadır.

Barış Korosunun bədii rəhbəri Mete Gökçe, xorun dirijoru Seval Yıldız, xormeyster Sarp Küçükler, Dövlət Uşaq Filarmoniyasının Xor kollektivlərinin bədii rəhbərləri Leyla Muradzadə və Aysel Mehdizadə, vokal sinfinin müəllimi Leyla Aslanovadır. Solistlər Mələkxanım Əsgərova, Yusif Sadıxov və Teymur Qarayev, konsertmeysterlər Şahin Yəhyazadə və Elmira Hümbətova idilər. Proqramda səslənən əsərlər iki dost ölkənin ortaq dəyərlərini, dostluq, sülh və birlik ideyalarını təcəssüm etdirib. Xor kollektivləri birlikdə Rəna Qədimovanın “Yüksəl, ey Azərbaycan”, Zeki Üngörün “Cumhuriyet marşı”, İlteriş Sunun “Bahar gelince” əsərlərini birlikdə ifa edib.

Konsertin sonunda 6. Turizmde Mimarlık ve Kültürel Miras Kongresi Başkanlığı adından professor Çingiz Abdullayevə, Çanakkale Onsekiz Mart Üniversitesi və  Karabük Üniversitesi adından professor Dr. Vedat Çalışkan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadəyə, Çanakkale Barış Korosu adından isə  Çiler Bakır ADUF-un direktor müavini və uşaq xorunun bədii rəhbəri Leyla Muradzadəyə təşəkkürnamələr və hədiyyələr təqdim edib.

Oxşar formatlı qarşılıqlı konsertlərin hər iki ölkənin mədəni münasibətlərinin inkişafı məqsədi ilə  davamlı olması planlaşdırılır.

Alqışlarla qarşılanan konsert həm böyüklərin, həm də uşaqların üzündə xoşbəxtlik izləri qoyaraq sülh və dostluq mesajı ilə yadda qaldı.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin