Oktyabrın 17-də Bakının Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar YAP Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin, Bakı 21 saylı Mediasiya Təşkilatının və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil etdiyi “Müstəqilliyin bərpasından tam suverenliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, Bakı 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbəyov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, QMƏVŞAİB Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov, Mediasiya Şurasının İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Mediasiya Şurasının İntizam Komisiyasının üzvü Orxan Mahmudov, Şirvan 1 saylı mediasiya təşkilatının diriktoru Taryel İsgəndərov, Salyan 1 saylı Mediasiya Təşkilatının direktoru Elman Hənifəli, Quba 1 saylı MT-nın direktoru Hümmət Əliyev, Bakı 16 saylı Mediasiya Təşkilatının direktoru Ramiq Qardaşov, Bakı 18 saylı mediasiya təşkilatının direktoru Sadiq Bağırov, Şəmkir 2 saylı mediasiya təşkilatının direktoru Vüsal Bayramov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru Qabil Əsgərov, Bakı 8 saylı Mediasiya Təşkilatının mediatorları Aqill Əsgərov, Natavan Muradova, Bakı 9 Saylı Mediasiya Təşkilatının mediatoru İlham Fərzəliyev, həmçinin bir sıra rayonların mediasiya təşkilatlarının mediatorları, YAP rayon təşkilatı aparatının əməkdaşları, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.