logo
BDU-nun Kimya fakültəsində “Müstəqil Azərbaycan: Dünən, bu gün, sabah” adlı tədbir keçirilib

BDU-nun Kimya fakültəsində “Müstəqil Azərbaycan: Dünən, bu gün, sabah” adlı tədbir keçirilib

BDU-nun Kimya fakültəsində “Müstəqil Azərbaycan: Dünən, bu gün, sabah” adlı tədbir keçirilib BDU-nun Kimya fakültəsində “Müstəqil Azərbaycan: Dünən, bu gün, sabah” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqil Azərbaycan: Dünən, bu gün, sabah” adlı tədbir keçirilib.

Tədbirin məqsədi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətini tələbələrə çatdırmaq, gənclərdə milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik hisslərini gücləndirmək olub.

Tədbir Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov Azərbaycanın müstəqillik yolunun çətin, lakin şərəfli mərhələlərindən bəhs edib. O qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın azadlıq arzularının gerçəkləşməsi və milli dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcı olub. Müstəqilliyin ilk illərində ölkə siyasi və iqtisadi böhranla, eləcə də Ermənistanın hərbi təcavüzü ilə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik, inkişaf və dövlət quruculuğu prosesi bərpa olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində isə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bu da müstəqilliyimizin möhkəmlənməsinin və dövlətimizin qüdrətinin təntənəsi olub.

Sonra III kurs tələbəsi Nəzrin Ağazadə müstəqilliyə həsr olunmuş şeir səsləndirib, II kurs tələbəsi Ayna Kazımova isə “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” mövzusunda təqdimat edib.

Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin