logo
“ƏDLİYYƏ” minifutbol komandası beynəlxalq yarışda qalib olub

“ƏDLİYYƏ” minifutbol komandası beynəlxalq yarışda qalib olub

“ƏDLİYYƏ” minifutbol komandası beynəlxalq yarışda qalib olub “ƏDLİYYƏ” minifutbol komandası beynəlxalq yarışda qalib olub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunlarının minifutbol yarışları keçirilib.

Turnirdə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası təmsil edib.

Finalda Ədliyyə Nazirliyinin komandası 1:0 hesabı ilə qələbə qazanaraq Oyunların qalibi olub.

Komandanın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin