logo
Deputat Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüşdü

Deputat Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüşdü

Deputat Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüşdü Deputat Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüşdü

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Hacı Zeynalabdin qəsəbəsində səyyar görüşlər görüş keçirib.

Görüşün məqsədi sakinlərin sosial qayğılarını, yerli infrastruktur və məişət problemlərini yerindəcə öyrənmək, onların fikirlərini birbaşa dinləmək olub.

Tədbir zamanı Elnarə xanım təxminən 20-yə yaxın sakinin problemlərini dinləyib.

Sakinlər qəsəbənin müxtəlif sahələrində — kommunal xidmətlərin keyfiyyəti, məhəllədaxili yolların vəziyyəti, sosial məsələlər və digər aktual problemlərlə bağlı fikirlərini səsləndiriblər.

Deputat onların hər bir müraciətini diqqətlə dinləyib, qeydiyyata alaraq qeyd edib ki, , qaldırılan məsələlərin hər biri üzrə aidiyyəti dövlət qurumlarına və müvafiq instansiyalara müraciət olunacaq.

Onun sözlərinə görə, vətəndaşlarla bu cür birbaşa görüşlər onların gündəlik həyatında üzləşdikləri çətinliklərin daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

 “Sakinlərimizin problemlərini kabinetdən deyil, yerində dinləmək daha səmərəli nəticə verir. Bu görüşlər təkcə mənim üçün deyil, həm də məsələni operativ şəkildə müvafiq qurumlara çatdırmaq üçün mühüm vasitədir. Hər bir vətəndaşın səsi bizim üçün önəmlidir.”

Görüş zamanı qəsəbə sakinləri E.Akimovaya onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Onların sözlərinə görə, belə səyyar görüşlər həm insanlarla dövlət qurumları arasında əlaqəni gücləndirir, həm də problemlərin həllinə real töhfə verir.

Deputat görüşün təşkilində göstərdiyi dəstəyə görə Hacı Zeynalabdin qəsəbəsinin ərazi dairəsi üzrə nümayəndəsi Lalə Hacıyevaya minnətdarlığını ifadə edib:

“Lalə xanımın təşəbbüsü və dəstəyi sayəsində biz bu gün sakinlərlə səmimi və faydalı müzakirələr apara bildik. Bu formatda görüşlər davamlı olacaq, çünki xalqla birbaşa təmas bizim fəaliyyətimizin əsas prioritetlərindən biridir.”

Qeyd edək ki, Hacı Zeynalabdin qəsəbəsində keçirilən bu görüş deputatın seçicilərlə mütəmadi ünsiyyət strategiyasının tərkib hissəsidir. Belə səyyar görüşlər gələcəkdə də davam etdiriləcək və qaldırılan məsələlərin həlli istiqamətində ardıcıl iş aparılacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin