https://innews.media/uploads/news/2025-10/_innews_21b5b0b403db72e349cf8fee0_o.jpg
15-16 oktyabr 2025-ci il tarixlərində Bakı Slavyan Universitetinin (BSU) professor-müəllim heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərində Türk Dövlətləri Birliyi tərəfindən təşkil olunan Türk Dövlətləri Universitetlər Birliyinin 8-ci Assambleyasında və "Qaraxanlılar Alp Ər Tunqanın nəslindəndir: Qaraxanlılar dövründə Türk və İslam dünyası" adlı beynəlxalq konfransda iştirak ediblər. Tədbirdə, həmçinin birliyin üzvü olan ölkələrin universitetlərinin nümayəndələri iştirak ediblər.
Türk Universitetləri Birliyi tərəfindən təşkil olunan tədbirin açılışında Türk Universitetlər Birliyinin sədri İskandar Yuldashev, Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının müavini Khilola Umarova, Türk Dövlətləri Birliyinin baş katibi Kurbanbek Omuraliyev, Özbəkistan Respublikasının təhsil, elm və innovasiyalar naziri Kongratbay Sharipov, Beynəlxalq Türk akademiyasının prezidenti Şahin Mustafayev çıxış ediblər.
Türk Dövlətləri və Türk Universitetləri Birliyinin önəmini vurğulayan çıxışçılar, bu platformanın əhəmiyyətli keçəcəyinə və səmərəli əməkdaşlıq imkanları formalaşdıracağına inandıqlarını bildirərək təhsil standartlarının gücləndirilməsində, universitetlər arasında inteqrasiyanın dərinləşməsində birliyin önəmindən danışıblar. Bir çox sahədə olduğu kimi xüsusilə təhsil sahəsində inkişaf edən münasibətlər müxtəlif layihələrin, universitetlər arasında müəllim, tələbə mübadiləsinin həyata keçirilməsi ilə əməkdaşlığın genişləndirilməsi, birgə təhsil imkanlarının artırılmasının önəmi vurğulanıb.
İştirakçılar daha sonra Daşkənd Beynəlxalq Universiteti ziyarət ederək universitetlə tanış olub və təşkil olunan sessiyalarda iştirak ediblər. Səfər çərçivəsində müxtəlif universitetlərlə əməkdaşlıq əlaqələrinin yaradılması imkanları müzakirə olunub.