logo
“Vətən eşqi ilə döyünən şair”: Nazim Rizvanın xatirəsinə həsr olunmuş tədbir keçirildi

“Vətən eşqi ilə döyünən şair”: Nazim Rizvanın xatirəsinə həsr olunmuş tədbir keçirildi

“Vətən eşqi ilə döyünən şair”: Nazim Rizvanın xatirəsinə həsr olunmuş tədbir keçirildi “Vətən eşqi ilə döyünən şair”: Nazim Rizvanın xatirəsinə həsr olunmuş tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 4 №-li kitabxana filialında şair, ədəbiyyatşünas, yazıçı, tərcüməçi Nazim Rizvanın anım tədbiri keçirilib.

Tədbirdə şair və yazıçılar, ziyalılar, mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə kitabxana filialının əməkdaşı Hilanə Babayeva yazıçının həyatı, ədəbi fəaliyyəti haqqında məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Esmira Fuad öz çıxışında Nazim Rizvan yaradıcılığı haqqında danışıb, N.Rizvanın mənzum roman və bir çox povest, hekayə və şeirlərin müəllifi olduğunu deyib. E.Fuad qeyd edib ki, o, xalqın kədərinə kədərlənib, sevincinə sevinən vətənpərvər şairlərdən olub. Şairin dostu "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əlizadə xatirələrini bölüşərək bildirib ki, o dostluqda çox sadiq olub, ürəyi hər zaman Vətən eşqi ilə döyünüb. İctimai birliyin himninin sözləri Nazim Rizvana məxsusdur. Şairin uşaqlıq dostu AYB-nin üzvü, şair Akif Salamov uşaqlıq xatirələrindən danışıb.

Şairin bacısı Xuraman xanım Nazim Rizvanın ailəyə verdiyi dəyərindən danışıb. Qeyd edib ki, hər keçən il yoxluğunu daha çox hiss etdirir, həsrətini daha da artırır.

Yasamal rayon MKS-inin əməkdaşları İradə Hüseynova və Hilanə Babayeva Nazim Rizvanın şeirlərindən səsləndiriblər.

Tədbir iştirakçılarına Nazim Rizvana həsr olunmuş videoçarx təqdim olunub.

Sonda şairin bacısı tərəfindən kitabxana filialına şairin kitabları hədiyyə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin