logo
Füzuli və Ağdamda 2 mərkəzi xəstəxana tikiləcək

Füzuli və Ağdamda 2 mərkəzi xəstəxana tikiləcək

Füzuli və Ağdamda 2 mərkəzi xəstəxana tikiləcək Füzuli və Ağdamda 2 mərkəzi xəstəxana tikiləcək

“Füzuli və Ağdamda tezliklə 2 mərkəzi xəstəxananın tikintisinə başlanılacaq”.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Naftalan – Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Emib Hüseynovun işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi məsələsindən də söz açıb:

“İşğaldan azad olunan ərazilərin 13 faizi minalardan təmizlənib və buna paralel olaraq da yenidənqurma işləri aparılır”.

Onun sözlərinə görə Ağdamda özəl şirkətlər tərəfindən hotellərin tikintisinə də başlanılıb: “Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb.
Beləliklə, bu şəhər tamamilə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizmin inkişafına təkan verəcək.”

Yenigundem.az

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media