https://innews.media/uploads/news/2025-10/_innews_6b5e5af5dca2019d87508f038_o.jpg
Avstraliyanın Sidney şəhərində 76-cı Beynəlxalq Astronavtika Konqresi - IAC 2025 keçirilib. Kosmos sahəsində dünyanın ən nüfuzlu elmi platformalarından biri olan və dünyanın 100-dən çox ölkəsindən minlərlə alim, mütəxəssis və tələbəni bir araya gətirən konqresdə 52 üzvdən ibarət Azərbaycan Milli Elmi Komandası da iştirak edib.
Komandanın tərkibində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının Riyaziyyat və informatika müəllimliyi ixtisasının V tədris ili tələbəsi Sona Rüstəmova da yer alıb. S. Rüstəmovanın təqdim etdiyi “Ağıllı yataq sistemi” (“Smart Bed System”) adlı elmi məqalə 100-dən çox ölkədən göndərilən çoxsaylı məqalələr içərisindən seçilərək konfransda təqdim edilmək hüququ qazanıb. Təqdim olunan layihə beynəlxalq mütəxəssislər və alimlər tərəfindən maraqla qarşılanıb, praktik əhəmiyyəti və innovativliyi yüksək qiymətləndirilib.