https://innews.media/uploads/news/2025-10/_innews_4f5b47253cb0d0362aa3d9bba_o.jpg
Çilidə 20 yaşadək futbolçular arasında Dünya çempionatı davam edir.
“Qəbələ”nin yarımmüdafiəçisi Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi növbəti oyununu keçirib. “Super Qartallar” Səudiyyə Ərəbistanı yığması üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Nasiru oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumbiya yığmasına qarşı keçirəcək.