logo
ÇXR-nın Lanzhou Universitetinin müəllimi MEK-i ziyarət edib

ÇXR-nın Lanzhou Universitetinin müəllimi MEK-i ziyarət edib

ÇXR-nın Lanzhou Universitetinin müəllimi MEK-i ziyarət edib ÇXR-nın Lanzhou Universitetinin müəllimi MEK-i ziyarət edib

Çin Xalq Respublikasının Lanzhou Universiteti Siyasət və Beynəlxalq Münasibətlər Məktəbinin Mərkəzi Asiya Tədqiqatları İnstitutunun müəllimi, siyasi elmlər doktoru, dosent Zanq Yuyan AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib, direktor texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.

Görüş zamanı H.Hüseynov qonağı salamlayaraq Çin ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndiyini, elm və təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.

Təmsil etdiyi ali təhsil ocağı haqqında məlumatları diqqətə çatdıran Zanq Yuyan, institutun 30 illik yubileyinə həsr olunmuş xatirə kitabını direktora təqdim edib.

Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən çinli alim, səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Daha sonra Mərkəzi Elmi Kitabxananın elmi katibi Şəbnəm Rüstəmova kitabxananın zəngin fondu, rəqəmsallaşdırma imkanları və oxucular üçün yaradılmış müasir şəraiti ilə bağlı qonağa məlumat verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media