logo
Kasım-Jomart Tokayev Bəxtiyar Vahabzadənin misrasını sitat gətirdi: “Türkün Türklə ədavətə haqqı yoxdur”

Kasım-Jomart Tokayev Bəxtiyar Vahabzadənin misrasını sitat gətirdi: “Türkün Türklə ədavətə haqqı yoxdur”

Kasım-Jomart Tokayev Bəxtiyar Vahabzadənin misrasını sitat gətirdi: “Türkün Türklə ədavətə haqqı yoxdur” Kasım-Jomart Tokayev Bəxtiyar Vahabzadənin misrasını sitat gətirdi: “Türkün Türklə ədavətə haqqı yoxdur”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının XII zirvə görüşündə iştirak edib.

Çıxışında Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə qonaqpərvərliyə görə minnətdarlığını bildirib, bugünkü zirvə görüşünün gündəliyinin xüsusi əhəmiyyətini və aktuallığını vurğulayıb.

Kasım-Jomart Tokayev həmçinin əmin olduğunu ifadə edib ki, Təşkilatın statusu Azərbaycan tərəfinin, onun Prezidenti İlham Əliyevin rəhbərliyi altında bundan sonra da möhkəmlənəcək.

Qazaxıstan Prezidenti qeyd edib ki, qlobal təhlükəsizlik sistemi mürəkkəb dövr yaşayır. Onun fikrincə, münaqişələr və çağırışlar, geosiyasi ziddiyyətlər bütün ölkələr üçün təhlükə yaradan mənfi meylə çevrilib.

– Bu qeyri-sabit dövrdə xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanla Ermənistan arasında sülh münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisədir. Bu sənəd 30 ildən artıq davam edən münaqişəyə son qoydu və regionda sabitliyin, iqtisadi artımın möhkəmlənməsi üçün zəmin yaratdı. Dünyada hazırkı geosiyasi vəziyyət olduqca mürəkkəbdir, buna görə də türk dövlətləri ümumi maraqlar naminə birgə hərəkət etməlidirlər.

Bundan əlavə, Prezident Qazaxıstanın “Türkdilli Dövlətlər Təşkilatı +” formatının yaradılması ideyasını dəstəklədiyini bəyan edib. Onun əsas məqsədi əməkdaşlığımızın daha da genişləndirilməsi olacaq. Bu təşəbbüs, şübhəsiz ki, TDT-nin beynəlxalq nüfuzunu daha da artırmağa xidmət edəcək, – deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Kasım-Jomart Tokayev həmçinin Təşkilat çərçivəsində Kibertəhlükəsizlik Şurasının, eləcə də yaxın vaxtlarda Astanada yaradılmış Alem.ai Beynəlxalq Süni İntellekt Mərkəzinin bazasında Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasını təklif edib.

Xüsusi diqqət çəkən məqamlardan biri də Qazaxıstan Prezidentinin çıxışında görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin şeirindən «Türkün Türklə ədavətə haqqı yoxdur» sitat gətirməsi olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin